AZAL-ın təyyarəsi kondisionerdəki texniki nasazlıqla bağlı eniş edib


09:14     04 İyul 2021 2021/07/eec78c54-1ee3-3146-93d8-87fb1f2cf2c1_850_1625375745.jpg

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

"Azərbaycan Hava Yolları" QSC-dən Femida.az -a verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.

Açar sözlər:

Oxunub: 894