Anar Kərimov Gürcüstana səfər edəcək


22:23     05 İyul 2021 2021/07/4cb6cd69-e412-3c32-b36e-c757aef1c2d9_850_1625509462.jpg

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov sabah Gürcüstana səfər edəcək.

O, Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşəcək.

Görüşdə iki ölkə arasında mədəni əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Nazir səfər çərçivəsində Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi, Nəriman Nərimanovun xatirə muzeyi və digər mədəniyyət ocaqlarına baş çəkəcək.

A.Kərimovun Gürcüstanın azərbaycanlı mədəniyyət xadimləri ilə görüşü də planlaşdırılıb.

Açar sözlər:

Oxunub: 1076