Xocalı Polis Şöbəsinə yeni rəis müavini təyin edilib


23:45     05 İyul 2021 2019/07/vilayet-eyvazov8_1562149175.jpg

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocalı rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.


Femida.az-ın məlumatına görə, polis mayoru Rəşad Salahov Xocalı rayon Polis Şöbəsinin rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, R.Salahov daha öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 1011