Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşünə hazırlıq gedir
12:35 06 İyul 2021
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov azərbaycanlı həmkarı Ceyhun Bayramovla ən yüksək siyasi səviyyədə əldə edilmiş razılaşmaların icrasını müzakirə edib.
Bu barədə “Report” xəbər verir.
Diplomatlar Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin bu il keçirilməsi planlaşdırılan üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıblar.
Rəşid Meredov və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu arasında baş tutmuş telefon danışığı zamanı da Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçılarının görüşünün vacibliyi qeyd olunub.
Bundan başqa, nazirlər Türkiyə prezidentinin Türkmənistana səfərinin hazırlıq məsələlərinə də diqqət ayırıblar.
Qeyd edək ki, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü zamanı bir sıra razılaşmaların imzalanacağı gözlənilir.
Oxunub: 953
Oxşar xəbərlər
- Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib
- Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb
- Azərbaycan, Gürcüstan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə yaradılır
- Azərbaycan, Türkiyə, Gürcüstan parlamentarilərinin Ankarada müzakirə edəcəyi məsələlər açıqlanıb
- Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri davam edir
- Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları görüşdü
- Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları tapşırıqları icra ediblər
- Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq güclənir
- Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya səfəri başlayıb
- Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək