Baş Narkotiklərlə Mübarizə İdarəsi sosial şəbəkələrdə hesab yaradıb


17:44     06 İyul 2021 2021/07/66c01cda-ea88-3eab-b5e3-8ab425a64911_850_1625579149.jpg

Baş Narkotiklərlə Mübarizə İdarəsi rəsmi sosial şəbəkə hesabları yaradıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, sosial şəbəkə istifadəçiləri artıq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə, o cümlədən ictimai əhəmiyyətli maarifləndirici məlumatlarla tanış ola biləcəklər:

"Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirlərini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.

Səhifələrdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi, həmçinin daxili işlər orqanları tərəfindən bu bəlaya qarşı ciddi və qətiyyətli mübarizə aparılması barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.

Vətəndaşlar aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:

“Facebook” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki (https://www.facebook.com/bnmi.polisazerbaycan )

“Instagram” – bnmi.polisazerbaycan keçid linki - (https://www.instagram.com/bnmi.polisazerbaycan/ )

“Youtube” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki - (https://www.youtube.com/channel/UCqJSjze-brBi2M1EEDIfCgg/featured )

“Telegram” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki - (https://t.me/bnmipolisazerbaycan )

Bir daha sosial şəbəkə istifadəçilərini anti-narkotik təbliğatı işində polis əməkdaşları ilə həmrəy olmağa çağırır, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barədə məlumatları olduğu təqdirdə dərhal bizə bildirmələrini xahiş edirik. Həmin şəxslərin anonimliyi qorunacaqdır".

Femida.az

Açar sözlər:

Oxunub: 1041