Peşə liseyi direktorunun cinayət işi məhkəməyə göndərilib
10:09 07 İyul 2021
Bərdə Peşə Liseyinin direktoru Şamil Şükürovun qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Bu barədə Femida.az-a Prokurorluqdan məluma verilib.
Belə ki, aparılmış istintaqla Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə liseyə 2019-2020 və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50 nəfərədək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şərait yaratmaqla, habelə onların adlarının şagirdlər siyahısında saxlanılması və liseydən xaric olunmamaları müqabilində həmin şagirdlərdən plastik təqaüd kartlarını götürüb ümumilikdə 19 min 700 manat pulu nağdlaşdırdıqdan sonra Elman Əhmədovla aralarında bölərək rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilmiş, Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxunub: 941
Oxşar xəbərlər
- Peşə hazırlığına cəlb olunan şəxslərə təqaüd veriləcək
- Peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib
- Peşə məktəblərinin tələbələrinin təqaüdləri artırılıb
- Peşə təhsili pilləsinə elektron tələbə qəbulunun nəticələri açıqlanıb
- Peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri məsuliyyətə cəlb olundu
- Peşə məktəblərində oxuyanların 88 faizi əyani təhsil ala biləcək
- Peşə təhsili alanlar ixtisas dərslikləri ilə təmin ediləcək
- Peşə dərslərinin sabaha olan CƏDVƏLİ
- Peşə təhsilinə göstərilən qayğı insan kapitalına qoyulan investisiyadır
- Peşə təhsili müəssisələrində işləyənlər attestasiyadan keçiriləcək