Avropa İttifaqının komissarı Cənubi Qafqaza səfərə gəlir


10:55     07 İyul 2021 2021/07/d8860b72-dab0-38cb-8139-589109f391fd_850_1625640964.jpg

Bu gün Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Cənubi Qafqaza səfəri başlayır.

Femida.az xəbər verir ki, artıq O.Varhelyi Gürcüstandadır.

Xatırladaq ki, iyulun 8-də Aİ komissarı Azərbaycanda səfərdə olacaq. O Bakıda xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşəcək.

6-9 iyul tarixlərini əhatə edəcək Cənubi Qafqaz səfəri çərçivəsində Varhelyi Şərq Tərəfdaşlığı regionu üçün iqtisadi və investisiya planını təqdim edəcək, həmçinin ikitərəfli münasibətlər və COVID-19 pandemiyası ilə mübarizə mövzusunda əsas məsələlərini müzakirə edəcək.

Açar sözlər:

Oxunub: 923