Xaricdə təhsil almış 64 nəfərin diplomu tanınmadı
16:20 07 İyul 2021
Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyun ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
Agentlikdən Femida.az-a bildirilib ki, iyun ayı üzrə icrası 16 gün ərzində tamamlanan 208 müraciətçinin 144-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 64 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bildirilib ki, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 33, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 77, Ukraynadan 62, Türkiyə Respublikasından 37, Gürcüstandan 8, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 34, iqtisadiyyat üzrə 17, menecment üzrə 15, tibb 13, maliyyə və kredit üzrə 8 nəfər müraciətçi qeydə alınıb.
Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet səhifəsinə müraciət edə bilərlər.
Femida.az
Oxunub: 1119
Oxşar xəbərlər
- Xaricdə hazırlıq keçən tibb və əczaçılıq işçilərinin biliyi yoxlanılacaq - ƏMR
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb
- Xaricdə təhsil almış daha 81 nəfərin diplomu tanınmayıb
- Xaricdə yaşayan narkotacirə narkokuryerlik edən Astara sakini saxlanılıb
- Xaricdəki narkotacirə Bakıda kuryerlik edənlər tutuldu - VİDEO
- Xaricdə vaksinasiya olunan vətəndaşın COVID-19 pasportunun Azərbaycanda tanınma qaydası açıqlanıb
- Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb
- Xaricdəki ticarət nümayəndələri səfirlikdə olmayacaq
- Xaricdə təhsil vizası adı ilə 34 nəfəri aldatdılar - MƏHKƏMƏ