Narkotik vasitə ilə saxlanılan şəxsin avtomobil qaçırdığı müəyyən edilib


16:08     07 İyul 2021 21_07_07_1625662132.jpg


Narkotik vasitə ilə saxlanılan şəxsin avtomobil qaçırdığı da müəyyən edilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Masallı rayonunun Mollahəsənli kənd sakini E.Mehtiyev saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 158 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. E.Mehtiyevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Masallı rayon sakini Ə.Abbasovun “Vaz 21013” markalı avtomobilini talama məqsədi olmadan qaçırdığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin avtomobil Mollahəsənli kəndi ərazisində aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 969