Biləsuvarda ağır yol qəzasında 5 nəfər xəsarət aldı


11:57     08 İyul 2021 21_07_08_1625729635.jpg

Biləsuvarda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Əsgərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini İmanov İmanəli Səmid oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində avtomobillərin sürücüləri və sərnişinlər Şirəliyeva Mətanət Qəzənfər qızı, Salayev Miryusif İbrahim oğlu, Quliyev Rəşad Akif oğlu və Qarayev Nihad Ərzuman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 243