Dini qurumlara maliyyə yardımı ayrıldı
14:48 08 İyul 2021
Ölkəmizdəki dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb.
Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılıb.
Oxunub: 426
Oxşar xəbərlər
- Dini mərasim keçirmək istəyən 10 nəfər cərimələnib, 2 nəfər həbs edilib
- Dini mərasimlərlə bağlı əhaliyə müraciət edildi
- Dini kofessiyaların rəhbərləri Polad Həşimovun və İlqar Mirzəyevin məzarını ziyarət edib
- Dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşib
- Dini konfessiya rəhbərlərinin Məşvərət Şurası təsis edildi
- Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək
- Dini təhsilin təşkil edilməsi qaydası müəyyənləşir
- Dini liderlərin Qarabağ üzrə üçtərəfli dialoqu bərpa oluna bilər
- Dini liderlər telefonla danışdılar
- Dini Komitə tenderlərlə bağlı yayılan iddialara aydınlıq gətirib