Peyvənd olunanların sayı açıqlandı


16:46     08 İyul 2021 2021/07/4a9d3c2e-f354-3917-b690-24293baea719_1625748445.jpeg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 53 478 vaksin vurulub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 166, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 312 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 964 102, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 417 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 546 929 təşkil edir.

Açar sözlər:

Oxunub: 966