Kürdə 2 nəfərin batdığı ehtimal olunur


17:20     08 İyul 2021 denizde-boguldu.jpg

Qazax rayonunda 2 nəfərin Kür çayında boğulduğu ehtimal edilir.

Femida.az-ın məlumatına görə, hadisə Kür çayının rayonun Birinci Şıxlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 972