Ucarda mikroavtobusla yük avtomobili toqquşub, 5 nəfər ölüb


09:18     09 İyul 2021 2021/07/934154ab-e16a-321c-ac54-bc00ac5da994_850_1625807958.jpg

Ucarda mikroavtobusla yük avtomobili toqquşub, 5 nəfər ölüb
Ucarda mikroavtobusla yük avtomobili toqquşub, 5 nəfər ölüb
Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən Femida.az -a daxil olan məlumatda deyilir:

"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində “Mercedes” markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər".

Qeyd edək ki, qəza zamanı 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 921