Avropa birinciliyi: Boksçumuz bürünc medalı təmin etdi


10:30     09 İyul 2021 21_07_09_1625811408.jpg

Azərbaycan boksçusu Məhəmmədəli Qasımzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yeniyetmələr arasında Avropa birinciliyində 1/4 final görüşünə çıxıb.

Federasiyadan Femida.az-a verilən məlumata görə, 54 kq-da mübarizə aparan idmançı Fyodor Kamaninlə (Estoniya) qarılaşıb.

1/8 finalda ukraynalı Arseni Oniyenkonu məğlub edən Qasımzadə (54 kq) Kamanin üzərində 5:0 (30:25, 30:25, 30:24, 30:25, 30:25) hesabı ilə qələbə qazanıb. O, yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı təmin edib.

Boksçunun finala gedən yolda rəqibi rumıniyalı Daniel Girleanu olacaq. Döyüş iyulun 9-da baş tutacaq.

Azərbaycanın digər boksçularından Kənan Babayev (48 kq) Malik Saqaypova (Rusiya), Fərhad Şeydayev (63 kq) Adham Kayoufa (İsrail), Ziya Həsənov (66 kq) Mehman Namazova (Gürcüstan) və Eldar Əsədli (+80 kq) Aleksandr Zelinskiyə (Ukrayna) məğlub olub.

Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Açar sözlər:

Oxunub: 1027