Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Füzuli və Şuşaya səfəri başlayıb
10:55 09 İyul 2021
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların 100-dək nümayəndəsinin iyulun 9-da Ermənistanın işğalından azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb. Səfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında təşkil olunub.
Femida.az xəbər verir ki, səfərin məqsədi diplomatik korpusun nümayəndələrini Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər barədə məlumatlandırmaq, həmçinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərində aparılan bərpa-quruculuq işləri ilə tanış etməkdir.
Diplomatlar əvvəlcə Füzulidə beynəlxalq hava limanının tikintisi ilə tanış olacaq, “Füzuli” yarımstansiyasına baş çəkəcəklər. Şuşada isə diplomatik korpusun nümayəndələri şəhərdəki tarixi və memarlıq abidələri ilə tanış olacaqlar.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Oxunub: 1146
Oxşar xəbərlər
- Azərbaycandakı dini konfessiya rəhbərləri müraciət yayıb
- Azərbaycandakı Pfizer vaksinlərinin son istifadə müddəti bu tarixdə bitəcək - RƏSMİ
- Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il uzadılıb
- Azərbaycandakı Türkiyə-Rusiya Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha 1 il uzadılacaq
- Azərbaycandakı dini konfessiya rəhbərləri Cıdır düzündə olub
- Azərbaycandakı siyasi partiyalar Baydenin mövqeyi ilə bağlı bəyanat yaydı
- Azərbaycandakı qoruqlarda “Açıq qapı” günü keçirilib
- Azərbaycandakı əcnəbilərin NƏZƏRİNƏ!!!
- Azərbaycandakı xarici diplomatların Füzuliyə səfəri təşkil olunub
- Azərbaycandakı ağır koronavirus xəstələri ilə bağlı QƏRAR