Son 6 ayda Azərbaycanda 14 mindən çox cinayət qeydə alınıb


16:53     09 İyul 2021 polis.jpg


Ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 14 058 cinayət qeydə alınıb, açılması isə xeyli yaxşılaşıb.

Femida.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib.

Femida.az

Açar sözlər: #polis   #cinayət  

Oxunub: 367