Azərbaycanda vurulan vaksinlərin sayı 4 milyonu keçdi


17:02     09 İyul 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 510 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 015 615, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 437 929 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 577 683 təşkil edir.

Femida.az

Açar sözlər: #vaksin  

Oxunub: 1016