Çavuşoğlu Ceyhun Bayramovu təbrik edib


21:02     09 İyul 2021 2020/10/ceyhun_bayramov_1602330766.jpg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9 iyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə azərbaycanlı həmkarı Ceyhun Bayramovu təbrik edib.

Femida.az xəbər verir ki, Türkiyə XİN başçısı bununla bağlı “Twitter”də paylaşım edib.

“Dəyərli qardaşım - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”, - deyə M. Çavuşoğlu qeyd edib.

Açar sözlər:

Oxunub: 327