Vətən müharibəsində itkin düşən kapitanın nəşi tapıldı


13:18     10 İyul 2021 21_07_10_1625909601.jpg

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Femida.az-ın xəbərinə görə, 9 ay əvvəl itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və itkin düşüb.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər: #Vətən   #müharibə   #itkin   #kapitan   #şəhid  

Oxunub: 1097