Özünü güllələyən polis rəisinin ölümü ilə bağlı cinayət işi açıldı


13:04     10 İyul 2021 2021/02/prok_esasbina_1612782443.jpg


İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Hazırda iş üzrə istintaq davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 325