Füzulidə bombacıq partladı - Şirkət əməkdaşı xəsarət aldı
13:22 12 İyul 2021
İyulun 12-də saat 11 radələrində 1 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Füzuli rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, ilkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxunub: 298
Oxşar xəbərlər
- Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- Füzulidə 31 yaşlı kişini avtomobil vurub
- Füzulidə müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb
- Füzulidə 14 min manatdan artıq oğurluq edən şəxslər saxlanılıb
- Füzulidə velosiped sürən gənci avtomobil vurub
- Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb
- Füzulidə minaya düşən gəncin son durumu açıqlanıb
- Füzulidə qızını öldürən ata tutulub
- Füzulidə traktor minaya düşüb