Beynəlxalq Bank “Şərurlu İsfəndiyar” və keçmiş deputatın oğlunu məhkəməyə verdi
17:37 12 İyul 2021
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) “Şərurlu İsfəndiyar” kimi tanınan məşhur iş adamı, tikinti maqnatı İsfəndiyar Axundovu məhkəməyə verib.
İşlə bağlı cavahdeh qismində sahibkarın oğlu Mehti Axundovun rəhbərlik etdiyi “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi, eləcə də fiziki şəxs İlqar Abışov çıxış edir.
Bundan başqa, ABB lisenziyası 2009-cu ildə ləğv olunmuş və hələ də, ləğv prosesində olan “Debüt Bank” ASC-ni, eləcə də Bankın məxsus olduğu keçmiş deputat Fərhad Qəribovun oğlu Rəşad Qəribovu məhkəməyə verib.
Hər iki iddiaya səbəb kredit müqaviləsi üzrə mübahisələrdir. İşlər hazırda müvafiq olaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsindədir. Hakimlər müvafiq olaraq Nigar Nəbizadə və Vafəddin İbayevdir. / Report
Femida.az
Oxunub: 465
Oxşar xəbərlər
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb
- Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medalla birinci olub
- Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb
- Ukraynada beynəlxalq legionun bir neçə döyüşçüsü həlak olub
- Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 14 milyard dollar azalıb
- Prezident İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib
- Bakıda mina problemləri ilə bağlı beynəlxalq konfrans keçirilir
- Azərbaycan Mixail Delyaginə cinayət işi açıb, beynəlxalq axtarışa verib