Şəhid ailələrindən pul alanlar cəzalandırıldı
21:29 12 İyul 2021
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində jurnalistlərin şəhid ailələrindən şəhidlər haqqında material hazırlamaq məqsədilə müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələri barədə məlumatlar yayılıb.
Baş Prokurluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, həmin xüsusatlar üzrə Baş Prokurorluğun Cinayət tətqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Belə ki, araşdırmalarla Azər Kazımovun Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək, Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adı ilə şəhid analarından cəmi 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib televiziya yayımlarını həyata keçirmədikləri müəyyən edilmişdir.
"Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilmiş və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu kimi həssas hallardan sui-istifadə edərək qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunacaqları ilə bağlı xəbərdarlıq edir", - deyə məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 341
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Şəhid Pəncəli Teymurovun atası vəfat etdi
- Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
- Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib
- Şəhid qızı məktəb direktoru təyin olunub
- Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir
- Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri- FOTOLAR+VİDEO
- Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib