Ermənistanın Azərbaycana məxsus tarixi və mədəni irsi mənimsəməsinə dair hesabat hazırlanıb
11:26 13 İyul 2021
Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi "Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi" adlı hesabat hazırlayıb.
Mərkəzdən Femida.az-a verilən məlumata görə, hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır.
İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin talan edilməsi, həmçinin ərazidə qanunsuz arxeoloji qazıntıların aparılması araşdırılır. Materialın ikinci hissəsində abidələrin “erməniləşdirilməsi” və azərbaycanlılara məxsus irsin saxtalaşdırılması təhlil edilir. Hesabatın bir qismi Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan mənbələrə əsasən hazırlanıb.
Hesabatda həmçinin Almaniyanın Bochum Universitetinin professoru Hans-Yoachim Heintze tərəfindən yazılmış "Silahlı qarşıdurmalar zamanı mədəni irsin qorunması" adlı materialda təsbit olunmuş hüquqi qiymətləndirmədən də istifadə edilib.
Hesabatı oxumaq və yükləmək üçün bu linkə daxil olmaq lazımdır.
Femida.az
Oxunub: 649
Oxşar xəbərlər
- Ermənistanın baş naziri və XİN rəhbəri Rusiyaya səfər edəcək
- Ermənistanın növbəti hoqqası - Xankəndinin qazını kim kəsib?
- Ermənistanın cəhdi puça çıxdı, Azərbaycan Zəngəzur dəhlizini genişləndirir
- Ermənistanın yeni prezidenti seçilib
- Ermənistanın Baş Qərargah rəisi vəzifəsindən azad edilib
- Ermənistanın dövlət borcu artıb
- Ermənistanın KTMT fiaskosu – təşkilat üzvləri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir
- Ermənistanın cinayətləri Los Ancelesdə pislənilib
- Ermənistanın Baş qərargah rəisi həbs ediləcək - KİV
- Ermənistanın təxribatları ilə bağlı cinayət işi açılıb