Prokuror Qarabağda erməni dəstələrinə qoşulan rus vətəndaşına 11 il iş istədi


17:25     14 İyul 2021 21_07_14_1626270446.jpg

Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmçinin çıxışında bildirib ki, Dubakov cəzasını çəkib başa çatdırdıqdan sonra Azərbaycanın hüdudlarından çıxarılsın.

Prosesdə daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, çıxışında E. Dubakovun Ermənistan tərəfdən işğalda olan Azərbaycan ərazilərində hərbi təlimlərə cəlb edildiyini, lakin Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmədiyini bildirib: "Bu faktın Dubakovun işində yüngülləşdirici hal kimi qəbul olunmasını xahiş edirik".

Məhkəmə Eduard Dubakova son sözə hazırlaşmaq üçün vaxt verib.

Proses iyulun 22-də davam edəcək. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 333