Dövlət qulluqçusu olmaq istəyən bu şəxslərdən ödəniş tələb ediləcək


17:41     14 İyul 2021 21_07_14_1626270738.jpg


Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə biləcək.

Femida.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Fərmana əsasən, bu sahədə səlahiyyətli orqan Tarif (qiymət) Şurası olacaq.

Femida.az

Açar sözlər: #dövlətqulluğu  

Oxunub: 404