Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir


20:55     14 İyul 2021 2021/07/4f35b86c-a075-335a-9aa7-b01b1f631930_850_1626281755.jpg

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.

Bu barədəFemida.az-a Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətindən məlumat daxil olub.

Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək.

Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

Açar sözlər:

Oxunub: 733


Oxşar xəbərlər