Aİ Şurasının prezidenti Azərbaycana səfər edəcək


14:13     16 İyul 2021 2021/07/1614315958459_Z14zAwrO_1626430495.jpeg

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər edəcək.

Femida.az xəbər verir ki, bu barədə Mişelin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir.

Leyts əlavə edib ki, Aİ Şurasının Prezidenti iyulun 16-18-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, prezident Armen Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, Mişelin İrəvana səfəri bu gün başlayır.

İyulun 19-da isə o, Batumi beynəlxalq konfransında iştirak edəcək. Mişel Gürcüstanda bir sıra yüksək səviyyəıli görüşlər keçirəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 766