Azərbaycanda daha 169 nəfər koronavirusa yoluxdu


17:25     16 İyul 2021 2021/07/b87b6-1626440135_1626442060.jpg

Azərbaycanda koronavirus infeksiyasına daha 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az - a verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir.


Femida.az

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.

Açar sözlər: COVID-19   Azərbaycan    

Oxunub: 743