Ermənilərin hərbçilərimizə verdikləri işgəncələrlə bağlı hesabat hazırlandı
10:34 17 İyul 2021
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan dövlətinin və onun silahlı qüvvələrinin törətdiyi beynəlxalq hüquq və humanitar hüquq normalarının pozuntuları ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir.
Ombudsman Aparatından Femida.az-a bildirilib ki, Ombudsman öz mandatı çərçivəsində müvafiq dəlil və sübutların toplanılması və təhlil edilməsi nəticəsində əldə edilmiş materiallar əsasında hesabat hazırlayıb. Hesabat Ermənistan və Azərbaycan arasındakı münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin əsir götürdükləri Azərbaycanlı əsgər və hərbi qulluqçulara qarşı törətmiş olduğu işgəncə, qeyri-insani və alçaldıcı rəftar faktlarını əyani sübutlarla özündə əks etdirir.
Hesabatda əsir götürülmüş hərbi qulluqçulara qarşı törədilən işgəncə, qeyri-insani və alçaldıcı rəftar halları ilə yanaşı, Azərbaycanlı hərbi qulluqçuların meyitləri üzərində edilmiş təhqiramiz və alçaldıcı, vandal hərəkətləri özündə əks etdirən, o cümlədən işgəncə faktlarının gizlədilməsi məqsədilə meyitlərin kütləvi şəkildə dəfn edilməsi və digər bu kimi faktlar qeyd edilib.
Hesabatda Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozmaqla törətdiyi müharibə, sülh və insanlıq əleyhinə cinayətlərinə görə ədalət mühakiməsi qarşısında cavab verməsi məqsədilə ciddi tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara çağırış edilib.
Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara göndərilib.
Hazırlanmış hesabatda konfidensial xarakterli məlumatların (fotoşəkillərin), habelə insan psixologiyasına dərin təsir göstərə biləcək ağır səhnələrin yer alması ilə əlaqədar sözügedən hesabat ictimaiyyətə açıqlanmır.
Oxunub: 1005
Oxşar xəbərlər
- Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ
- Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
- Ermənilərin Bərdəyə “Toçka-U” atmasından bir ötür
- Ermənilərin Naxçıvanı atəşə tutması nəticəsində mayorumuz yaralandı
- Ermənilərin kənd təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Ermənilərin mülki əhaliyə vurduğu zərərin aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Ermənilərin Xocavənddə atıb qaçdıqları “İQLA” zenit-raket kompleksi aşkarlanıb
- Ermənilərin Hadrutda cəsəd axtarışı nəticəsiz qaldı
- Ermənilərin donuz saxladığı Xan sarayı, dağıdılmış İmarət - FOTOREPORTAJ
- Ermənilərin tövləyə çevirdiyi 4 əsrlik məscid - FOTOREPORTAJ