Şəhid jurnalistlər medalla təltif olunub


10:56     17 İyul 2021 2021/07/88d9f195-d97f-3505-aa26-5a07b8ab59e5_850_1626505066.jpg

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov təltif edilib.


Femida.az-ın məlumatına görə, bununla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Açar sözlər:

Oxunub: 635