Azad olunan ərazilərdə 69 mina aşkarlanıb


15:58     17 İyul 2021 mina.jpg

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.


ANAMA-dan Femida.az-a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 54, tank əleyhinə 15 mina və 108 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 143 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Açar sözlər:

Oxunub: 305