Xəzərdə 15 yaşlı yeniyetmə batıb


18:42     17 İyul 2021 21_07_17_1626530641.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında dənizdə ("Xaçmaz" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, qeyri-çimərlik ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub

FHN-dən Femida.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, dənizdə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğludur. Hal-hazırda axtarış tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 1104