Şəkidə minik avtomobili motosikletlə toqquşub, bir nəfər xəsarət alıb


21:39     17 İyul 2021 21_07_17_1626543633.jpg

Şəkidə yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəki şəhər ərazisində baş verib.

“QAZ 3110” markalı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletdə olan sərnişin, Şəki rayon sakini Gülnar Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 334