ABŞ-da atışma olub, ölən və yaralananlar var


10:30     18 İyul 2021 21_07_18_1626584546.jpg

Amerikanın Sakramento şəhərində (Kaliforniya) atışma olub.

Femida.az "TASS"a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı iki nəfər ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, hadisə cümə günü yerli vaxtla saat 23:45 radələrində baş verib.

Silahlı insidentdə dörd nəfər yaralanıb.

Polis hadisə yerində bir neçə odlu silah tapıb.

Açar sözlər:

Oxunub: 1217