Abşeronda yol qəzası oldu, xəsarət alan var


11:47     18 İyul 2021 21_07_18_1626592143.jpg

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, qəza Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində sürücü 1967-ci il təvəllüdlü Balamirzəyev Faiq Baləmi oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona 3, 4, 5 qabırğalarının sınığı diaqnozu qoyulub.

Açar sözlər:

Oxunub: 950