Sumqayıtda məişət tullantıları poliqonu yanır


12:14     18 İyul 2021 21_07_18_1626596109.jpg

Sumqayıt şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda yanğın olub.
FHN-dən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 897