Erməni silahlıları Naxçıvandakı mövqelərimizi ATƏŞƏ TUTDU


21:36     19 İyul 2021 2018/02/Mudafie_Yeni1_1518079052.jpg

İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Açar sözlər:

Oxunub: 885