Kürdəmirdə gecə saatlarında işləyən restoranlar aşkarlanıb


11:57     20 İyul 2021 21_07_20_1626767885.jpg

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı rayonda gecə saatlarında karantin rejimini pozaraq fəaliyyət göstərən Atakişilli kəndi ərazisində yerləşən “ARAZ” restoranı,Ərşəli kəndi ərazisində yerləşən “AZAD” kafesi və Sığırlı kəndində olan “RƏŞAD” kafesi aşkarlanıb.

Femida.az xəbər verir ki, hər üç obyekt sahibi saxlanıaraq rayon polis şöbəsinə gətiriliib və onlarla profilaktik söhbətlər aparılıb.

Məsələyə hüquqi qiymət verilməsi üçün iki obyektin işi Kürdəmir Rayon Məhkəməsinə göndərilib digər obyekt sahibi haqqında isə inzibati xətalar məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tətbiq olunub.Hazırda faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1154