Kürdəmirdə şadlıq evlərinin sahibləri cərimələnib
15:07 20 İyul 2021
Kürdəmir rayonunda “Miraj” və “Nicat” şadlıq evlərinin sahibləri cərimələnib.
Femida.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri reyd zamanı rayon ərazisində fəaliyyət göstərən “Miraj” və “Nicat” şadlıq evlərində karantin rejimi qaydalarının pozulduğunu aşkar ediblər.
Bu səbəbdən hər iki şadlıq evinin sahibinə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən ayrı-ayrılıqda 4000 manat cərimə tətbiq olunub. Bundan başqa, polis əməkdaşları tərəfindən keçirilən reydlərin davamı zamanı kənd ərazilərində karantin rejimini pozan 24 toy sahibi də İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 200-400 manat miqdarında cərimə olunub.
Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Femida.az
Oxunub: 1431
Oxşar xəbərlər
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
- Kürdəmirdə sərnişin mikroavtobusu aşıb, 8 nəfər xəsarət alıb
- Kürdəmirdə qatarın vurduğu 44 yaşlı kişi xəstəxanada ölüb
- Kürdəmirdə avtomobil su kanalına düşüb