Tacikistan Prezidentinin bacısı və qaynanası koronavirusdan ölüb


11:14     21 İyul 2021 21_07_21_1626846691.jpg

Tacikistan Prezidenti İmoməli Rahmonun bacısı Kurbonbi Rahmonova 64 yaşında vəfat edib.

Femida.az “RİA Novosti”yə istindən xəbər verir ki, məlumatı Tacikistan Prezidentinin Mətbuat xidməti yayıb.

Tacikistanın Səhiyyə Nazirliyi Kurbonbi Rahmonovanın koronavirus infeksiyasından öldüyünü bildirib. O, iyulun 20-də ölkə paytaxtı Düşənbədə 5 saylı klinik xəstəxanada müalicə olunurmuş.

Məlumata görə, iyulun 5-də Prezident İmamoli Rəhmonun qaynanası, 88 yaşlı Özbəkbi Əsədullayeva da koronavirusdan vəfat edib.

Açar sözlər:

Oxunub: 916