Azərbaycanlı veteran futbolçu vəfat etdi


11:41     21 İyul 2021 21_07_21_1626849726.jpg

Azərbaycanın veteran futbolçusu Müzəffər Qasımov dünyasını dəyişib.

"Report"un məlumatına görə, o, 80 yaşında Gəncədə vəfat edib.

Qasımov bu gün dəfn olunacaq.

Qeyd edək ki, Müzəffər Qasımov "Kəpəz"in Müşahidə Şurasının üzvü idi. Keçmiş oyunçunun karyerası əsasən Gəncənin "Dinamo" klubu ilə bağlı olub. O, bölgə təmsilçisində baş məşqçi kimi də fəaliyyət göstərib.

Açar sözlər:

Oxunub: 647