Koronavirus 1,5 milyon uşağı yetim qoyub


15:44     21 İyul 2021 21_07_21_1626870192.jpg


"Beynəlxalq tibb işçiləri qrupu" koronavirus pandemiyası səbəbi ilə ən azı bir valideynini, nənə və ya qəyyumunu itirən uşaqların sayı barədə statistikanı açıqlayıb.

Azvision.az xəbər verir ki, bu barədə "The Lancet" jurnalı məlumat yayıb.

Qeyd edilir ki, London "Imperial College"-nin tədqiqatçısı Culiet Anvinə görə, minimum 1,5 milyon uşaq bu cür itkidən əziyyət çəkir. O yeni mutasiyaların yayıldığı və peyvəndlənmə prosesinin səngidi bir şəraitdə "koronavirus yetimləri"nin sayının bir neçə milyona qədər arta biləcəyini ehtimal edib.

Femida.az

Açar sözlər:

Oxunub: 619