Ermənistan müdafiə nazirinin müavini işdən çıxarıldı


16:14     21 İyul 2021 21_07_21_1626870286.jpg


Ermənistanda daha bir yüksək rütbəli məmur vəzifəsindən azad edilib.

Azvision.az xəbər verir ki, müdafiə nazirinin müavini Suren Saakyan işdən çıxarılıb.

Onun işdən azad olunması ilə bağlı fərmanı baş nazir vəzifəsini icra edən Nikol Paşinyan imzalayıb.

Xatırladaq ki, dünən Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Bundan sonra Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyan Ermənistanın müdafiə nazirinin birinci müavini təyin edilib. Karapetyan isə hələlik Vaqarşak Arutyunyanın yerinə müdafiə naziri vəzifəsini icra edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 964