Novxanıda dənizdə batan şəxsin meyiti tapılıb


18:30     21 İyul 2021 m_deniz-bisikletinden-dusen-genc-boguldu.jpg

Abşeron rayonu Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazi) batan 2000-cü il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Z.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 677