Qarabağda qanunsuz döyüşən xarici vətəndaşın məhkəməsi keçiriləcək


09:22     22 İyul 2021 21_07_22_1626927070.jpg

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə E. Dubakovun son söz deyəcəyi və məhkəmədə hökm oxunması gözlənilir.

General Rövşən Əkbərovun məhkəməsinin vaxtı məlum olub
Şəmkirdə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub - FOTO - VİDEO-YENİLƏNİB - 1
Şəkidə avtomobil dərəyə aşıb, ana və qızı yaralanıb
Ad - 00:06
ƏTRAFLI
Snickers
Xatırladaq ki, prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


İttihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.

Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 190