Aralıq dənizində miqrantları daşıyan gəmi batıb, 17 nəfər boğulub


09:32     22 İyul 2021 21_07_22_1626927468.jpg

Aralıq dənizinin Tunis sahillərinə yaxın hissəsində miqrantları daşıyan gəmi batıb.

Femida.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər boğularaq ölüb.


Ölənlərin Banqladeş vətəndaşı olduğu bildirilib.

Liviyadan İtaliyaya gedən gəminin göyərtəsində Suriya, Misir, Sudan, Eritreya, Mali və Banqladeşdən olan miqrantlar olub. Sahil mühafizəsi 380 nəfəri xilas edə bilib.

Açar sözlər:

Oxunub: 149