Mingəçevirdə keçmiş məhkum heroinlə saxlanılıb
10:22 22 İyul 2021
Mingəçevir şəhərində dəfələrlə məhkumluq həyatı yaşayan şəxs yenə heroinlə saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkumluq həyatı yaşayan Mingəçevir şəhər sakini Vüsal Mirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, narkotik vasitə aludəçisi olan V.Mirzəyev dəfələrlə yaşadığı ünvanda qonşuların və ailəsinin narahatlığına, həmçinin məişət səs-küyünün yaranmasına səbəb olan hərəkətlərə yol verib. Onun barəsində DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şəhər Polis Şöbəsinə şikayət daxil olub.
Oxunub: 844
Oxşar xəbərlər
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb
- Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
- Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
- Mingəçevirdə yarımtikilidə meyit tapılıb