Xarici jurnalistlərin Füzuli, Şuşa və Ağdama səfəri başlayıb
11:30 22 İyul 2021
Cənubi Amerikadan olan jurnalistlərin Azərbaycanın erməni işğalından azad edilmiş rayonlarına səfəri başlayıb.
Femida.az xəbər verir ki, Meksika, Kolumbiya, Braziliya və Argentinanın aparıcı nəşrlərinin və telekanallarının nümayəndələri Füzuli rayonuna səfər edərək burada azad edilmiş torpaqlardakı vəziyyət və minalardan təmizlənmə prosesinin gedişatı ilə tanış olacaqlar.
Cəbrayıl rayonunda KİV nümayəndələri qəbristanlıqda və ermənilər tərəfindən dağıdılmış digər yerlərdə olacaqlar.
Xarici jurnalistlər həmçinin Şuşaya və Ağdam rayonuna da səfər edəcəklər.
Onlar Ağdamda işğal zamanı törədilmiş dağıntıların miqyası, həmçinin hazırda burada aparılan tikinti işləri ilə tanış olacaqlar.
Oxunub: 1007
Oxşar xəbərlər
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Xarici diplomların tanınması qaydası dəyişib
- Xarici jurnalistlər Gəncədə erməni terroru ilə bağlı məlumatlandırılıblar
- Xarici dövlətin vətəndaşlığını qəbul etmiş azərbaycanlıların nəzərinə!
- Xarici diplomatlar Şıxarx qəsəbəsində ağac əkiblər
- Xarici İşlər Nazirliyi türkdilli ölkələri təbrik edib
- Xarici diplomların tanınma qaydaları dəyişə bilər
- Xarici narkotacirlərin Azərbaycanda əməkdaşlığa cəlb etdiyi şəxs saxlanılıb
- Xarici diplomatlar Şuşada
- Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri açıqlanıb